Mirziyoyev və Orban birgə investisiya layihələrinin həyata keçirilməsini müzakirə ediblər


Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən sammiti çərçivəsində Macarıstanın Baş naziri Viktor Orban ilə görüşüb.



Bu barədə AFN-ə Özbəkistan mətbuatına istinadən xəbər verir.

Görüş zamanı tərəflər birgə investisiya layihələrinin həyata keçirilməsi üçün maliyyələşdirmə mexanizmləri və əlverişli şəraitin yaradılması məsələlərini müzakirə ediblər.

Xatırladaq ki, Ş.Mirziyoyevin oktyabrda Macarıstana rəsmi səfəri zamanı iki ölkə arasında 1 milyard dollarlıq birgə layihələrin həyata keçirilməsi üçün “yol xəritəsi” qəbul edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu