Zəfər və Bayraq günləri münasibətilə paytaxt sakinlərinə bayraqlar paylanıldı


Tariximizin şanlı günlərinə xüsusi önəmlə yanaşan “Nar” və Azərbaycan Könüllü Təşkilatları İttifaqı, Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik etdi.


8 Noyabr “Zəfər günü” və 9 Noyabr “Bayraq günü” münasibətilə vətəndaşlara şanlı Azərbaycan bayraqları hədiyyə olundu. Təşəbbüs “Nar” və AKTİ-dən 200 könüllünün birgə iştirakı ilə paxtaxtın mərkəzi küçələrində həyata keçirilib. Vətəndaşlarımızın böyük sevinc və qürur hissi ilə qarşıladığı layihədən görüntüləri buradan izləyə bilərsiniz.

Bildirək ki, “Nar” öz korporativ sosial məsuliyyət strategiyası çərçivəsində Azərbaycan xalqına qələbə sevincini yaşadan qəhrəman əsgərləri və onların övladlarını, eləcə də hərbi əməliyyatlardan zərər çəkən mülki əhalini əhatə edən mühüm əhəmiyyətli layihələr həyata keçirməkdədir. Bu istiqamətdə mobil operatorun layihələri haqqında ətraflı məlumatı nar.az/projects səhifəsindən əldə edə bilərsiniz.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu