Əkin mövsümü başlayandan bugünədək meşə fondu torpaqlarında 200 mindən artıq ağac əkilib

Payız əkin mövsümü çərçivəsində ölkə ərazisinin meşə fondu torpaqlarında meşəbərpa tədbirləri davam edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova AFN.az-a bildirib ki, son bir həftə ərzində ölkə ərazisinin meşə fondu torpaqlarında 116500 ağac tingi əkilib, 5000 kiloqramdan çox toxum səpilib.
"Əkinlərdə Regional Meşə Təsərrüfatları Mərkəzlərinin tinglik sahələrində yetişdirilmiş tinglərdən istifadə olunur".
Mətbuat katibinin sözlərinə görə, payız ağac əkini başlayandan bugünədək ölkə ərazisinin meşə fondu torpaqlarında 200 mindən çox ağac tingi əkilib.