Son iki gün ərzində meşə fondu torpaqlarında 22 mindən artıq ağac əkilib


Payız ağac əkini mövsümü başlayandan bugünədək meşə fondu torpaqlarının açıq və seyrək ərazilərinin ümumilikdə 74 hektar sahəsində 42246 ədəd ağac tingi əkilib, 4358 kiloqram toxum səpilib.


AFN.az xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib.

O qeyd edib ki, təkcə dünən və bu gün Qəbələ, Quba, Bərdə, Şabran, Lənkəran, Tovuz, Şəmkir, Göygöl, Ağcabədi və Sabirabad rayonlarının meşə ərazilərinin 29 hektar sahəsində 22246 ədəd ağac tingi əkilib, 1358 kiloqram toxum səpilib”.

“Əkilən ağac tingləri meşə təsərrüfatlarının tinglik sahələrində yetişdirilib”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu