Azərbaycanda meşəbərpa tədbirləri davam edir


Azərbaycanda meşəbərpa tədbirləri bu gün Quba, Tovuz, Şəmkir, Ağcabədi, Qəbələ, Şəki, Sabirabad və Göygöl rayonlarının meşə fondu ərazisində həyata keçirilib.


Bunu AFN.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib.

Xidmət rəsmisinn sözlərinə görə, gün ərzində ümumilikdə 22 hektar ərazidə 16 000 ədəd ting əkilib, 800 kiloqram palıd toxumu səpilib

O qeyd edib ki, payız ağac əkini mövsümü başlayandan bugünədək ölkə ərazisinin meşə fondu torpaqlarının 194 hektar sahəsində 142 mindən artıq ting əkilib, 9 500 kiloqram toxum səpilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu