Rusiyanın 11 aeroportuna uçuşların məhdudlaşdırılması rejimi 43-cü dəfə uzadılıb
“Report” xəbər verir ki, bu barədə “Rosaviasiya” məlumat yayıb.
Anapa, Belqorod, Bryansk, Voronej, Gelencik, Krasnodar, Kursk, Lipetsk, Rostov, Simferopol və Elista hava limanlarına uçuşlar noyabrın 21-dək məhdudlaşdırılıb. Alternativ qismində Soçi, Volqoqrad, Mineralnıye Vodı, Stavropol və Moskvada yerləşən hava limanlarından istifadə etmək tövsiyə olunur.
Xatırladaq ki, Rusiyada bu il fevralın 24-dən bəri uçuşların müvəqqəti məhdudlaşdırılması rejimi tətbiq edilir. Bu ölkənin hökuməti avqust ayında fəaliyyət göstərməyən hava limanlarına 2,5 milyard rubl maliyyə yardımı ayıracağını açıqlamışdı.