Xidmətlər Zərfinə daha 700-dən çox tibbi xidmət əlavə olunacaq - VİDEO


"İcbari tibbi sığortaya daxil olan Xidmətlər Zərfinə əlavələr ediləcək".


AFN.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri Pərvin Baxşəliyeva deyib.

Onun sözlərinə görə, yeni Xidmətlər Zərfi ilə bağlı layihənin hazırlanması artıq yekunlaşıb.

Şöbə müdiri bildirib ki, Xidmətlər Zərfinə 700-dən çox tibbi xidmətin əlavə olunması planlaşdırılır.

Daha bir yenilik isə bəzi əməliyyatlar üzrə tətbiq edilən limitlərlə bağlı olacaq.

Dəyişikliklər bununla yekunlaşmayacaq. Növbəti illərdə ehtiyac yaranarsa, Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin sayı çoxaldılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu