Azərbaycan Ordusunun Baş Qərargah rəisi ABŞ-ın hərbi attaşesi ilə görüşüb


Noyabrın 12-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki hərbi attaşesi polkovnik Kayl Metyu Koun ilə görüşüb.


Bu barədə AFN.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu