Bakıda 47 yaşlı qadın küt alətlə öldürüldü


Bakıda 47 yaşlı qadın qətlə yetirilib.


Bu gün saat 16:30 radələrində Nərimanov rayonu ərazisində yerləşən mənzillərdən birində qadın meyiti tapılmasına dair polis bölməsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, dərhal polis əməkdaşları hadisə yerinə yollanıb və mənzilə baxış keçiriblər. Meyiti tapılan qadının 1975-ci il təvəllüdlü Kifayət İsayeva olduğu və onun küt alətlə vurularaq qətlə yetirildiyi müəyyən edilib. Meyit müayinə olunması üçün ekspertizaya göndərilib. İlkin araşdırmalarla onu qətlə yetirməkdə şübhəli bilinən şəxsin kimliyi müəyyən edilib.
Ətraflı

Hazırda həmin şəxsin tutulması istiqamətində intensiv əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, qadının həmin mənzildə kirayədə yaşadığı və qətlin onun qeyri-rəsmi münasibətdə olduğu şəxs tərəfindən törədildiyi bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu