Bakı-Naxçıvan təyyarəsi əlverişsiz havaya görə geri qayıtdı


Əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən “Azərbaycan Hava Yolları”nın J2-2251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarına gəlib.


Bu barədə qurumun Mətbuat xidmətindən bildirilib.

Təyyarə saat 11:52-də Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.

Hava şəraiti yaxşılaşdıqdan sonra sözügedən reysin sərnişinləri Naxçıvana yola düşəcəklər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu