İstanbul valisi: Partlayışda yaralananların 57 nəfəri evə buraxılıb


Türkiyənin İstanbul şəhərində baş vermiş partlayışdan sonra xəstəxanalara yerləşdirilən yaralıların 57 nəfəri evə buraxılıb.



AFN xəbər verir ki, bunu İstanbul şəhərinin valisi Ali Yerlikaya “Twitter“ səhifəsində yazıb.

O qeyd edib ki, 18 nəfər müalicəsini davam etdirir, onlardan 6 nəfəri reanimasiya və intensiv terapiya şöbəsindədir. Xəstələrdən ikisinin vəziyyəti ağırdır.

“Yaralıların tez bir zamanda sağlamlıqlarına qovuşması üçün dualar edirik”, - əlavə olunub.

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop isə bildirib ki, Türkiyənin stabilliyini pozmaq istəyənlər - fərq etməz, kimlər və ya hansı ölkələr - gec, ya tez özləri qeyri-stabilliyə sürüklənəcəklər.

APA-nın İstanbul müxbiri xəbər verir ki, o, bu barədə İstanbulda terror aktının törədildiyi ərazidə jurnalistlərə açıqlamasında deyib.

Mustafa Şentop qeyd edib ki, aparılan araşdırmalar nəticəsində terror aktının arxasında kimlərin durduğu mütləq ortaya çıxacaq və Türkiyə bunun cavabını ən sərt şəkildə verəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu