İstanbulda partlayış olub, xəsarət alanlar var


Çərşənbə günü Türkiyənin şimal-qərbində, İstanbul şəhərində yaşayış binasında baş verən partlayış nəticəsində azı 5 nəfər xəsarət alıb.


Bu haqda “Cumhuriyet” qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə Fatih rayonunda saat 21:00 radələrində baş verib. Partlayışın ilkin səbəbinin qaz sızması olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları və tibb işçiləri göndərilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu