İsrailin müdafiə nazirindən Azərbaycanın qərarına münasibət


İsrailin müdafiə naziri Benni Qantz Azərbaycan parlamentinin ölkənin Tel-Əviv şəhərində səfirlik açması barədə qərarına münasibət bildirib.


Benni Qantzın rəsmi tviter hesabında edilən paylaşımda deyilir:

“Azərbaycan parlamentinin İsraildə səfirlik açmaq barədə qərarını alqışlayıram. Keçən ay Azərbaycana səfər etdim və Prezident İlham Əliyevlə, müdafiə naziri general-polkovnik Zakir Həsənovla və Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevlə görüşdüm. Biz görüşlər zamanı bir sıra siyasi və təhlükəsizlik məsələlərini müzakirə etdik”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu