Azərbaycanda son sutkada 34 nəfər COVID-19-a yoluxub
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 34 yeni yoluxma faktı qeydə alınıb, 52 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə AFN.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında 3 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 823 923 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 813 721 nəfər müalicə olunaraq sağalıb, 9 972 nəfər vəfat edib, aktiv xəstə sayı 230 nəfərdir.
Ölkədə son sutka ərzində 2 084, hazırkı dövrədək isə 7 355 336 test aparılıb.