Cəlilabadda itkin düşən qadının meyiti tapıldı


əlilabadda açıq sahədən qadın meyiti tapılıb.


AFN.az APA-ya istinadən xəbər verir ki, meyit rayonun Sabirabad kəndində açıq sahədə aşkarlanıb.

Meyitin bir müddət öncə itkin düşən 46 yaşlı Əliyeva Xalidə Xeyrulla qızına məxsus olduğu və onun qətlə yetirildiyi ehtimal olunur.

Hazırda rayonun hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər. Əraziyə baxış keçirilir, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülür.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu