Avtomobil qəzasında ölən piyada polkovnik-leytenant imiş
İsmayılda ölümlə nəticələnən yol qəzası ilə bağlı bəzi təfərrüatlar məlum olub.
AFN.az APA-ya istinadən bildirir ki, Sürücü Arif Mirzəyev idarə etdiyi "Toyota" markalı avtomobil ilə yolu keçən piyada, 1979-cu il təvəllüdlü Mərdan Əhmədovu vurub.
Nəticədə Mərdan Əhmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Mərdan Əhmədov ehtiyatda olan polkovnik-leytenant imiş.
Faktla bağlı İsmayıllı rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydalarını pozma, zərərçəkmişin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanılıb.