Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi təbrik etdi


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Yeni Azərbaycan Partiyasının (YAP) 30 illik yubileyi münasibətilə Azərbaycan Prezidenti, YAP sədri İlham Əliyevə təbrik məktubu ünvanlayıb.



AFN xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Məktubda deyilir:

“Cənab Prezident, əziz qardaşım,

Yeni Azərbaycan Partiyasının qurulmasının 30 illiyi münasibətilə bütün YAP üzvlərini və qardaş Azərbaycan xalqını təbrik edirəm. Azərbaycanın ümummilli lideri, mərhum Heydər Əliyevin yaratdığı YAP ilk gündən etibarən böyük xidmətlər göstərib, Azərbaycanın qabaqcıl siyasi partiyası olub və bu gün güclü rəhbərliyiniz altında bütün sahələrdə uğurlar əldə etməyə davam edir.

“Torpaqlarını işğaldan azad edərək, regionun parlayan ulduzuna çevrilən Azərbaycan bu gün bütün türk dünyasının ilham mənbəyidir. Türkiyə ilə Azərbaycan arasında müstəsna əlaqələrə əsaslanan və Şuşa Bəyannaməsi ilə ən yüksək səviyyəyə yüksələn əməkdaşlığımız və həmrəyliyimiz gələcəkdə də getdikcə artacağına tam inanıram. YAP-ın qarşıdakı vaxtda da Azərbaycanın rifahı və dünyadakı mövqeyinin güclənməsi istiqamətindəki fəaliyyətini uğurla davam etdirəcəyinə əminəm”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu