Nəm salfetlər istehsal edən müəssisəyə güzəştli kredit ayrılıb - Nazir AÇIQLADI - FOTO
![](/uploads/posts/2022-11/1669031013_1669027735_mikayil-cabbarov1.jpg)
V-VVV MMC-yə nəm salfetlərin istehsalı layihəsi üzrə 200 min manat güzəştli kredit ayrılıb.
AFN xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov feysbuk səhifəsində paylaşım edib.
Paylaşımda bildirilib:
“Sahibkarlığın İnkişafı Fondu tərəfindən V-VVV MMC-yə nəm salfetlərin istehsalı layihəsi üzrə 200 min manat güzəştli kredit ayrılıb. Sahibkarlara dəstəyin prioritet istiqamətlərindən biri kiçik və orta biznesin iqtisadiyyatın aparıcı amilinə çevrilməsidir”.