Konsepsiya ortada yoxdur, amma konkret layihələrdən danışılır


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Şəhərlərin və kənd yerlərinin inkişafına innovativ yanaşma: “ağıllı şəhər və kəndlər” mövzusunda beynəlxalq konfrans keçirilib.


AFN.az xəbər verir ki, İT üzrə mütəxəssis Osman Gündüz konfrans zamanı açıqlanan məlumatlarla bağlı fikirlərini bölüşüb: "Açıqlanan məlumatda bildirilir ki, konfransda “ağıllı kənd” və “ağıllı şəhər”in yaradılması istiqamətində ölkəmizdə icra olunan layihələrdən danışıblar. “Ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyasının artıq təcrübədə həyata keçirilməkdə olduğunu bildiriblər. Düzü, anlamadım nə demək istəyiblər. Çünki il yarım bundan öncə “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyasının hazırlanması haqqında Prezidentin sərəncamı olub. Xüsusi İşçi Qrupu yaradılıb. Nazir Rəşad Nəbiyev İşçi Qrupunun sədridir.
RİNN rəsmilərinin açıqlamalarında adı çəkilən sənədin layihəsinin xeyli müddət bundan öncə hazır olduğu və Prezidentə təqdim edildiyi bildirilmişdi. Maraqlı məqam odur ki, indiyədək bu Konsepsiya təsdiqlənməyib. Yəni Prezidentin sərəncamı icra edilməyib. Konseptual baxışların olmadığı bir mühitdə hansı konkret layihələrin tətbiq edilməsi də düşündürücüdür".
O.Gündüzün sözlərinə görə, aidiyyatı qurumlar Zəngilanın Ağalı kəndində konkret hansı ağıllı həllərin tətbiq edilməsi haqqında da hələlik bir açıqlama verməyiblər: "Ekspertlər, biznes və ictimaiyyət üçün "ağıllı həllər"in hansısa ictimai baxışı təşkil olunmayıb. Bu sahə üzrə ixtisaslaşan bəzi özəl qurumlar da bu prosesdən xəbərsiz olduqlarını və prosesə cəlb edilmədiklərini bildiriblər. Düşünmək olar ki, bu tip dar çərçivədə, maraqlı tərəflərin yetərincə təmsil olunmadığı şəraitdə keçirilən konfrans da güman ki, yuxarıda qeyd olunan məsələlərlə bağlı olub".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu