Xüsusi təyinatlılar serblərin olduğu kəndlərə yeridildi


Kosova hakimiyyəti Daxili İşlər Nazirliyinin xüsusi təyinatlılarını serblərin yaşadığı şimal ərazilərə göndərib.



AFN axar.az-a istinadən bildirir ki, bu sözləri Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.

"Bu gün onlar bütün xüsusi təyinatlılarını şimalda 4 fərqli cinaha göndəriblər. Srbitsa - Zubin - Potok və digər yerə..." - deyə o bildirib.

Prezidentin sözlərinə görə, çərşənbə axşamından etibarən cərimələr yazılmağa başlayacaq.

O bildirib ki, Priştina hakimiyyəti aylardır zorakılıq hərəkətləri planlaşdırıb.

Qeyd edək ki, Kosova hökuməti avtomobil nömrələri üçün yeni qeydiyyat nişanı (RKS - Kosova Respublikası) tələbi irəli sürüb. Hökumət israrla serb əsilli vətəndaşlardan yeni dəyişikliklərə riayət etməyi tələb edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu