Sabirabadda zəncirvari qəza: Xəsarət alanlar var


Sabirabad şəhərində üç nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari yol qəzası baş verib.



AFN Report-a istinadla xəbər verir ki, hadisə şəhərin Muğan prospektində qeydə alınıb.

Belə ki, “QAZ-3110”, “İsuzu” və “Mercedes-Benz” markalı avtomobillərin iştirakı ilə zəncirvarı qəza olub.

Hadisə nəticəsində rayonun Qalağayın kənd sakinləri, 1989-cu il təvəllüdlü Allahverdiyev Cavid Cabir oğlu, 2000-ci il təvəllüdlü Əliyev İsmayıl Teymur oğlu və 1989-cu il təvəllüdlü Məmmədov Mirsahib Mirnəsihət oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Xəsarət alanlar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu