Polisin axtardığı şəxs aeroportda tutuldu - FOTO


Heydər Əliyev Beynəlxalq Hava limanında axtarışda olan şəxs saxlanılıb.



AFN Qafqazinfo-ya istinadla xəbər verir ki, barəsində Azərbaycan Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-cü maddələri (dələduzluq) ilə axtarış elan edilmiş Sərxanlı Ceyhun İslam oğlu hava limanı ərazisində tutulub.

O, aidiyyəti üzrə təhvil verilib.

C.Sərxanlının ətrafında araşdırmalar aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu