Bakıda “poçt işçiləri” evə basqın edib 80 min apardılar


Bakıda özlərini poçt işçiləri kimi təqdim edən şəxslər evə basqın edib.



Bu barədə AFN-ə DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Xətai rayonunda noyabrın 21-də səhər saatlarında özlərini poçt işçiləri kimi təqdim edən naməlum şəxslərin mənzillərdən birinə daxil olaraq ev sahibinin baş nahiyəsinə küt alətlə vuraraq evdən 80.000 manat pul və 20.000 manat dəyərində qızıl-zinət əşyalarını quldurluq yolu ilə talamaları barədə polis orqanlarına məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri intensiv əməliyyat-axtarış, əməliyyat-texniki tədbirlər nəticəsində qeyri-aşkar şəraitdə quldurluq əməlini törətməkdə şübhəli bilinən şəxslər “isti izlərlə” saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər.

Əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu