"Baksol" yolunda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
![](/uploads/posts/2022-11/1669197344_637deb4bf2636637deb4bf26371669196619637deb4bf2632637deb4bf26341.jpeg)
24 noyabr saat 10:00-dan 26 noyabr saat 22:00–dək Bakı şəhəri, Binəqədi rayonu, "Baksol" yolunun təmir işləri icra olunan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AFN-ə verilən məlumata görə, sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.