MN: "Ermənistan hərbi qulluqçusunun yaralanması barədə məlumat yalandır"
Noyabrın 23-ü saat 13:20 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması nəticəsində qarşı tərəfin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır.
Bu barədə AFN-ə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
"Yayılan məlumatı qəti surətdə təkzib edirik", - müdafiə qurumu vurğulayıb.