Bu gün Editor.az informasiya portalı 10 yaşını qeyd edir
İlk gündən dəqiq və qərəzsiz xəbərlər, hadisələrə obyektiv mütəxəssis və ekspertlər rəyləri təqdim etmək siyasətini həyata keçirən Editor.az, eləcə də xəbərlərində mütəmadi olaraq ölkənin tanınmış mətbu orqanlarına da istinad edir.
Operativ, dəqiq, tərəfsiz informasiya siyasəti yürüdən Editor.az-ın bütün sosial şəbəkələrdə hesabları mövcuddur və onlar aktiv şəkildə fəaliyyət göstərir.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsində portalın Editor TV internet televiziyası fəaliyyətə başlayıb. Müharibənin getdiyi o gərgin günlərdə Editor TV tərəfindən “Youtube” platformasında rus və erməni dillərində düşmənin təxribatçı siyasətini ifşa edən onlarla materiallar hazırlanıb. Hazırlanan materiallar Ermənistan mətbuatının belə gündəmini məşğul edə bilib. Editor.az-ın Azərbaycanın bütün bölgələrində, eləcə də xarici ölkələrdə izləyici auditoriyası var.
İlk gündən dəqiq və qərəzsiz xəbərlər, hadisələrə obyektiv mütəxəssis və ekspertlər rəyləri təqdim etmək siyasətini həyata keçirən Editor.az-ın xəbərlərinə mütəmadi olaraq ölkəmizin tanınmış mətbu orqanları istinad edir. Editor.az-ın bütün sosial şəbəkələrdə hesabları mövcuddur və onlar aktiv şəkildə fəaliyyət göstərir”.
F.Şahbazlı qeyd edib ki, Editor.az 44 günlük Vətən Müharibəsi dövründə düşmənlə informasiya savaşı müstəvisində əlindən gələni etməyə çalışıb:
“Vətən Müharibəsi ərəfəsində portalımızın Editor TV internet televiziyası fəaliyyətə başladı. Müharibənin getdiyi o gərgin günlərdə Editor TV tərəfindən “Youtube” platformasında rus və erməni dillərində düşmənin təxribatçı siyasətini ifşa edən onlarla materiallar hazırlandı. Bu materiallara ümumilikdə yarım milyondan artıq baxış, ciddi oxucu reaksiyaları oldu. Hazırladığımız materiallar Ermənistan mətbuatının belə gündəmini məşğul edə bildi. Düşünürük ki, 10 il ərzində fəaliyyətimizin ən mühüm və şərəfli dövrü məhz Vətən Müharibəsi dönəmi oldu”.
Baş redaktor qeyd edib ki, hazırda Editor.az beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirməyə çalışır:
“Türkiyə, Ukrayna, Gürcüstan, Moldova, Pakistan, Qazaxıstan, Özbəkistandan olan həmkarlarımızla, media qurumları ilə yaxından əməkdaşlıq edirik. Zamanla əməkdaşlıqlarımızı daha da genişləndirmək və inkişaf etdirmək üçün ciddi addımlar atacağıq”.
AFN.az saytı olaraq Editor.az saytında çalışan həmkarlarımızı təbrik edir, uğurlar arzulayırıq!