Politoloq: “Rəsmi Parisin məqsədi Cənubi Qafqazda vəziyyəti normallaşdırmaq deyil”


“Fransa Azərbaycan-Ermənistan münasibətlərini normallaşdırmağa çalışmır, onun məqsədi regionda Rusiyanı əvəz etməkdir”.



Bunu "Report"a gürcü politoloq Gela Vasadze deyib.

Onun sözlərinə görə, hazırkı Fransa hakimiyyəti və şəxsən Prezident Makron Azərbaycana qarşı son dərəcə ədavətli, Ermənistana qarşı isə əksinə, son dərəcə müsbət münasibət bəsləyir: “Türkiyə və Pakistana düşmən münasibət bəsləyən Fransanın İsrail, Böyük Britaniya və İtaliya ilə münasibətləri çox gərgindir”.

Politoloq vurğulayıb ki, bu tendensiyanın səbəbi bu dövlətlərin Azərbaycan ilə çox sıx əlaqələrə malik olmasıdır: "“Digər məsələlərlə yanaşı, Fransa Rusiyanın regiondan qaçılmaz çıxışı ilə bağlı yaranan siyasi boşluğu doldurmağa ümid edir".

G.Vasadze bildirib ki, Fransa Senatının bu yaxınlarda qəbul etdiyi anti-Azərbaycan qətnaməsi Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına mənfi təsir göstərəcək: "Bütün bunlar ona görədir ki, rəsmi Parisin məqsədi Cənubi Qafqazda vəziyyəti normallaşdırmaq deyil, onun məqsədi regionda Rusiyanı siyasi baxımdan əvəz etməkdir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu