XİN: "Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üzərində işləməyə davam edəcək"


“Moskva Cənubi Qafqazda sülhün bərqərar olması üçün Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üzərində işləməyə davam edəcək”.



“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, hazırda Rusiya XİN-in xüsusi nümayəndəsi İqor Xovayev Bakıda səfərdədir: “Sülh müqaviləsi müzakirə olunur. Xovayev artıq İrəvana səfər edib və Ermənistanın siyasi rəhbərliyi ilə bir sıra məsləhətləşmələr aparıb”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu