Putin Paşinyandan Zəngəzur dəhlizinin açılmasını istəyib


Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə danışıqlar zamanı müəyyən siqnallar alıb.


“Biz müəyyən siqnallar və ya mesajlar almışıq. Bu o deməkdir ki, bizim dəmir yolunun bərpası ilə bağlı işə qayıtmağımız üçün əhəmiyyətli və ciddi imkan ola bilər. Söhbət Horadiz-Meğri-Ordubad-Sədərək-Arazdəyən yolundan gedir”. AFN.az-ın məlumatına görə, N.Paşinyan Ermənistan hökumətinin iclasında belə deyib. O bildirib ki, hazırda məlumatı paylaşır. Lakin bütün bunların hələ də təsdiqlənməsi və yenidən qeydə alınması lazımdır.

“Yaxşısı odur ki, bizim maliyyə imkanları ilə bağlı problemimiz olmayacaq”, - deyə Nikol Paşinyan bildirib. Baş nazirin sözlərinə görə, yaxın vaxtlarda dəmir yollarının bərpası sahəsində böyük investisiyalara ehtiyac yarana bilər. “Bu, beynəlxalq tərəfdaşların bütün hallarda böyük maraq göstərəcəyi bir layihədir”, - Paşinyan əlavə edib.

M.Vahidli

AFN.az



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu