Çində covid-19-a yoluxma sayı rekord həddə çatdı


Ötən gün Çində koronavirusa yoluxma sayı rekord həddə çatıb.

AFN xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin Milli Səhiyyə Komissiyasının məlumatına görə, noyabrın 24-də gün ərzində 32 943 nəfər koronavirusa yoluxub.

Səlahiyyətlilərin məlumatına görə, xəstəliyin simptomları 3103 xəstədə aşkar edilib, 29 840 nəfərdə bu, asimptomatik olub.

Çinin cənub-şərqindəki Guangdong əyaləti 8,499 yeni yoluxmanın ən çox qeydə alındığı bölgədir.

Qeyd edək ki, pandemiya başlayandan Çində 300 600 nəfərdə koronavirus müəyyən edilib, onların 5 232 nəfəri ölüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu