Ermənistan XİN-dən İlham Əliyevin imtina etdiyi 7 dekabr görüşü ilə bağlı açıqlama


Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 7-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyanla planlaşdırılan görüşün baş tutmayacağı ilə bağlı bəyanatına münasibət bildirib.


AFN.az-ın məlumatına görə, bu barədə Ermənistan XİN mətbuat katibi Vahan Uhanyan “Armenpress” agentliyinə müsahibəsində açıqlama verib. Unanyan Nikol Paşiyanın Brüsseldəki danışıqlara hazır olduğunu deyib: "Xatırlatmaq istərdim ki, Praqada bundan əvvəlki dördtərəfli formatda keçirilən görüşdə görüşlərin davam etdirilməsinə dair razılıq əldə olunub. Görüşün formatı ilə iştirakçıların tərkibinin eyni olması məntiqlidir. Ermənistanın görüşü və sülh prosesini pozmağa çalışması ilə bağlı Azərbaycan tərəfinin bütün bəyanatlarının reallıqla heç bir əlaqəsi yoxdur. Ermənistan Respublikası Praqada əldə olunmuş razılığa və formata uyğun olaraq dekabrın 7-də keçiriləcək görüşə hazırdır”.
Qeyd edək ki, Ermənistan tərəfi görüşə Fransa Prezidentinin də iştirak etməsi şərtilə razılıq verib. Lakin Azərbaycan dövlətinin başçısı buna etiraz olaraq görüşdən imtina edib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu