Bakıda 16 yaşlı cüdoçunun bıçaqlanma anı - VİDEO


Xəbər verdiyimiz kimi, dünən Bakıda, Şağan Olimpiya Kompleksində qətl hadisəsi törədilib. 2002-ci il təvəllüdlü, Sumqayıt şəhər sakini Ruslan Səfixanov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı 2006-cı il təvəllüdlü Tural Rüstəmova bıçaqla xəsarətlər yetirərək onu öldürüb.


AFN.az “Qafqazinfo”ya istinadən 16 yaşlı Turalın bıçaqlanma anının videosunu təqdim edir:

Qeyd edək ki, tərəflərin mübahisəsinə isə Tural Rüstəmovun ayağını oturacağın üzərinə qoyması səbəb olub. Ruslan isə bunu Turala irad bildirib. Nəticədə tərəflərin mübahisəsi qanla yekunlaşıb.

Cüdoçu Ruslan Səfixanov cüdo üzrə əməkdar məşqçi Elçin Səfixanovun oğludur.

Onu da əlavə edək ki, hadisə “Arifoğlu” cüdo klubunun sözügedən Olimpiya İdman Kompleksində təşkil etdiyi cüdo turniri zamanı baş verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu