Naxçıvanın həbsdə olan sabiq daxili işlər naziri xəstəxanaya yerləşdirildi


Naxçıvan Muxtar Respublikasının həbsdə olan sabiq daxili işlər naziri Əhməd Əhmədovun səhhəti pisləşib.


“Qafqazinfo” xəbər verir ki, o, bu gün həbsxanadan xəstəxanaya köçürülüb. Sabiq nazirin Naxçıvan diaqnostika müalicə mərkəzinə köçürüldüyü bildirilir.

Qeyd edək ki, Əhməd Əhmədov dekabrın 2-də Naxçıvan Ali Məhkəməsinə çıxarılmalıdır.

Xatırladaq ki, Əhməd Əhmədov 2003-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri olub. O, 2020-ci ildə vəzifəsindən azad edilib. 2021-ci ildə onun barəsində cinayət məcəlləsinin 179-cu maddəsi ilə (külli miqdarda mənimsəmə) cinayət işi başlanıb və o həbs edilib. Naxçıvan Hərbi Məhkəməsi ona 11 il azadlıqdan məhrumetmə cəzası verib.

Əlavə edək ki, bu gün Əhməd Əhmədovun azadlığa buraxılması ilə bağlı məlumatlar yayılmışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu