İran BMT-nin bu qurumundan çıxarılır

ABŞ-ın hazırladığı qətnamə layihəsində İranın BMT-nin Qadının Statusu Komissiyasından çıxarılması tələb olunur.
AFN.az bu barədə xarici mediaya istinadən xəbər verir. Bildirilir ki, bununla bağlı yaxın günlərdə səsvermə keçiriləcək.
Qeyd edək ki, İranda dinc etiraz zamanı hökumət qüvvələri 340-dan artıq aksiya iştirakçısını qətlə yetirib. Onların yarıya qədəri qadınlar və az yaşlı qızlardır.
M.Vahidli