Vasif Talıbovun oğlunun işdən çıxarılmasına Universitetdən reaksiya

Məlumatı dəqiqləşdirmək üçün Naxçıvan Dövlət Universiteti ilə əlaqə saxladıq.
Universitetin ümumi şöbəsindən Bakupost.az –a bildirilib ki, onlarda bu barədə hansısa məlumat yoxdur.
“Seymur Talıbov başqa şöbədə olur, mən başqa. Bilmirəm, hazırda şöbədədir, ya yox. Bizə onun işdən çıxıb-çıxmaması ilə bağlı məlumat verilməyib”, - deyə ümumi şöbənin əməkdaşı vurğulayıb.