Makronun ABŞ-a səfəri ağır olacaq...


Fransa prezidenti Emmanuel Makronun ABŞ-a 5 günlük rəsmi səfəri başlayıb. Makronun səfəri dekabrın 3-də bitəcək.


AFN.az-ın xəbərinə görə, siyasi şərhçi Elxan Şahinoğlu məsələni şərh edərkən bildirib ki, ağır səfər olacaq, çünki Parislə Vaşinqton arasında müxtəlif mövzularla bağlı fikir ayrılıqları var: "Parisin Avropanın Amerikadan asılılığını azaltması tələbini illərdir gündəmdə saxlaması da Vaşinqtonun xoşuna gəlmir. Azərbaycan prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla növbəti görüşü dekabrın 7-də Brüsseldə planlaşdırılmışdı. Paşinyan “görüşdə Makron da iştirak etsin” tələbini gündəmə gətirməklə Brüsselin vasitəçiliyinə zərbə vurdu. Çünki İlham Əliyev Brüsseldəki görüşdə Makronun iştirakının əleyhinədir. Fransalı jurnalistlərdən biri gərək Makronun özündən soruşa ki, ağır Vaşinqton səfərindən dərhal sonra Paşinyanın tələbiylə Brüsselə getməyə hazırdırmı?"



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu