Türkiyə ordusu şəhid verdi -


Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi "Pençe-Kilit" əməliyyatı bölgəsində terrorçularla qarşıdurmada artilleriyaçı Nedim Korkmaz şəhid olub.



AFN.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, terror təşkilatı üzvləri ilə Türkiyə Silahlı Qüvvələri arasında baş verən qarşıdurmada 3 terrorçu zərərsizləşdirilib.

Subay və 4 qardaşdan ikincisi olan şəhidin acı xəbəri Hakkarinin Qazi rayonunda yaşayan atası Ramazan və anası Həmidə Qorxmaza hərbi və mülki qurumlar tərəfindən verilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu