Saakaşvili ölə bilər- Ekspertiza
“Empati” Mərkəzinin rəhbəri Mariam Cişkariani Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin səhhətinin vəziyyəti ilə bağlı komissiyanın məhkəmə-tibbi ekspertizasının nəticələrini dərc edib.
AFN.az-ın məlumatına görə, ekspertiza on gürcü və altı xarici ekspert tərəfindən aparılıb. Bildirilir ki, Saakaşviliyə 20-dən çox diaqnoz qoyulub, onlardan 10-u əsasdır və ekspertlərin fikrincə, bu həbslə bir araya sığmır.
Mütəxəssislər qeyd edir ki, Saakaşvili həbs olunana qədər praktiki olaraq sağlam idi. İndi onun neyropsixoloji, qastroenteroloji problemləri, dayaq-hərəkət sistemində pozğunluqlar, görmə problemləri, etimologiyası naməlum qızdırma, iştahsızlıq, sürətli arıqlama, əzələlərdə, oynaqlarda və sümüklərdə ağrılar var. Ekspertlər əzələ gərginliyinin infeksion proseslər və ya zəhərlənmə ilə əlaqəli ola biləcəyini güman edirlər. Çünki saçın müayinəsi bədəndə vismut, barium və civənin artdığını göstərir.
“Bu zəhərli maddələr təhlükəlidir. Çünki onlar təkcə fiziki deyil, bəzən də psixi pozğunluqlara səbəb ola bilər", - hesabatda belə deyilir.
Ekspertlər hesab edirlər ki, Saakaşvili Tbilisidəki “Vivamedi” klinikasında və ya azadlıqdan məhrumetmə yerlərində ola bilməz. Çünki bu müəssisələrdə tam toksikoloji ekspertiza keçirmək mümkün deyil. “Zəhərli maddələrin, o cümlədən kimyəvi birləşmələrin və radioaktiv maddələrin vaxtında diaqnostikası zəruridir. Əks halda intoksikasiya, koma və ölüm ehtimalı nəzərə alınmaqla gözləniləndir”.
Ekspertlər hesab edirlər ki, Saakaşvili müalicə üçün ABŞ-da və ya Aİ ölkələrindən birində yerləşən multidissiplinar universitet klinikasına göndərilməlidir.
Onlar həmçinin, penitensiar sistemdə travmatik stressli təcrübələrə işarə edərək, bunu ağır fiziki və ruhi əzablara səbəb olan işgəncə kimi qiymətləndirir.
M.Vahidli