Bakıda özünü yandıran vətəndaşla bağlı açıqlama


“Bu gün səhər saatlarında Yeni Yasamalda özünü yandıran Vüqar Əzizovun vəziyyəti stabildir”.


Bu barədə Nərimanov Tibb Mərkəzindən məlumat verilib. Qeyd edilib ki, vətəndaş Vüqar Əzizovun üzün, başın, boynun, hər iki yuxarı ətrafın, yuxarı tənəffüs yollarının II-III dərəcəli termiki alov yanıq şoku daxil olub:

“Hazırda vəziyyəti stabil ağır olaraq qalır, müalicəsi reanimasiya şöbəsində davam edir”.

Qeyd edək ki, hadisə bu gün saat 12:00 radələrində Yeni Yasamal qəsəbəsində baş verib. Belə ki, vətəndaş Vüqar Əzizov həmin ərazidə işlətdiyi köşkün önünə satış məqsədilə mallar yığıb. Mallar səkinin böyük hissəsini zəbt etdiyi üçün piyadaların sərbəst hərəkətinə maneə yaradıb. Buna görə də Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları ondan malları götürməyi tələb ediblər.
V.Əzizov isə buna etiraz edərək özünü yandırıb. Polis əməkdaşları dərhal vətəndaşa ilkin tibbi yardım göstərdikdən sonra onun xəstəxanaya çatdırılmasını təmin ediblər



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu