Sumqayıtda yanğın hadisəsi baş verib


Sumqayıtda yataqxanada yanğın olub.


Bu barədə AFN.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, şəhərin Hacı Zeynalabdin qəsəbəsində beşmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində ümumi sahəsi 20 m² olan mənzildə 1 ədəd çarpayı, 1 ədəd televizor və 1 ədəd elektrik qızdırıcısı yanıb. Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu