“Akademik Xoşbəxt Yusifzadə” tankeri istismara verilib - Mərasimdə İlham Əliyev də iştirak edib
![](/uploads/posts/2022-12/1670397063_16321421943385945027_1000x669.jpg)
Dekabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunan “Akademik Xoşbəxt Yusifzadə” tankerinin istismara verilməsi mərasimində iştirak edib.
AFN.az -ın xəbərinə görə, ASCO-nun sədri Rauf Vəliyev dövlətimizin başçısına yeni nəsil tanker haqqında məlumat verib.