“Ronaldo ilə problemim yoxdur, biz dostuq”


Portuqaliya millisinin baş məşqçisi Fernando Santuş DÇ-2022-nin 1/8 finalında İsveçrəyə qalib gələrək 1/4 finala adlamasını (6:1) şərh edib.


AFN.az xarici KİV-lərə istinadən xəbər verir ki, mütəxəssis oyunun əla keçdiyini deyib:

“Yaxşı çıxış etdik. Gözəl oyun oldu. Futbolçuları təbrik edirəm. Onlar özlərini yaxşı tərəfdən göstərdilər, amma indi göydən yerə enməli olacaqlar. Hər şey əla idi. Amma gün sonra növbəti matçımız var. Əvəzetmələr bir oyun strategiyası idi, bütün oyunçular fərqlidir. Mən həmçinin Dalotu, Rafael Qerreyrunu meydana buraxdım. Halbuki, Kanselo da heyrətamiz oyunçudur.

Fernando Santoşun millinin kapitanı - Kriştiano Ronaldo ilə problemi yoxdur. Biz uzun illərdir dostuq. Oyunçular bəzi qərarları verir, bu, heç bir şəkildə bizə təsir etmir. Artıq dedim ki, bu məsələ nəhayət həll olundu və o, böyük kapitan kimi gözəl nümunə göstərdi. Mərakeş İspaniyanı məğlub etdi. Mərakeşə gəlincə, 2018-ci il Dünya Çempionatında bizə çoxlu problem yaratdıqlarını xatırlayıram".

Qeyd edək ki, Portuqaliya 1/4 finalda Mərakeşlə üz-üzə gələcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu