Şəmkirdə ər arvadını qəsdən öldürdü


Şəmkir rayonunda qətl törədilib.


AFN.az Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, rayonun Könüllü kəndində 1989-cu il təvəllüdlü Aynurə Orucovanın öldürülməsi barədə məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1983-cü il təvəllüdlü Mahiyyəddin Atakişiyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Aynurə Orucovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Mahiyyəddin Atakişiyev şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Hazırda iş üzrə istintaq davam edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu