Bakı Ağır Cinayətlər Məhkəməsinə sədrlik bu hakimə tapşırıldı


Bakı Ağır Cinayətlər Məhkəməsinə müvəqqəti sədr müavini təyin edilib.


Məhkəmənin hakim spikeri Telman Hüseynov "Qafqazinfo"ya bildirib ki, sədrin müavini vəzifəsinin müvəqqəti icrası hakim Zeynal Ağayevə həvalə olunub. Ötən gün BACM-in sədri vəfat etdiyi üçün Z.Ağayev həm də avtomatik olaraq sədrin səlahiyyətlərini icra edəcək.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyev dünən ürəktutmasından dünyasını dəyişmişdi. Sədrin müavini Əfqan Hacıyev isə bu ilin mayında təqaüdə çıxmış, onun yerinə təyinat olmamışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu