Hökümət başçısı dərman bahalığından danışdı- ANONS


Baş nazir Əli Əsədov Milli Məclisdəki büdcə müzakirələrinin yekununda çıxış edərkən əhalini narahat edən məsələlərə toxdundu. Höklumət başçısı dərman vasitələrinin çatışmazlığı və bahalığı ilə əlaqədar şikayətlərə toxunarkən qeyd etdi ki, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi vahdi qurum tərəfindən həyata keçirilir.

Hökumət başçısı dedi ki, 13493 adda dərman vasitələrinin qiyməti müəyyənləşib. “Son qiymət artımı ancaq 277 dərman vasitəsinə şamil olunub, bu da ümumi dərman vasitələrinin cəmi 2 faizidir”-Ə.Əsədov bildirdi. Baş nazir dedi ki, qiyməti artan dərman vasitələrinin 47 faizi Rusiya və Ukraynada istehsal olunur. Hökumətin dərman çatışmazlığı ilə bağlı məsələləri nəzarətə götürdüyünü bildirdi. Baş nazir onu da dedi ki, fiziki şəxslər ölkəyə şəxsi istifadə üçün zəruri olan miqdarda dərman gətirə bilərlər. Onun sözlərinə görə, zəruri istifadənin miqdarının müəyyən edilməsi üçün Səhiyyə Nazirliyinə, TƏBİB-ə müvafiq tapşırıq verilib. Baş nazir Milli Məclisin Səhiyyə komitəsinin də bu prosesdə iştirakı etməsi və faydalı təkliflərini irəli sürməsini təklif etdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu