Əli İnsanov Heydər Əliyevin məzarını ziyarət edib – "Vəfa borcumu verdim" /FOTO


Haqq-Ədalət partiyasının sədri, sabiq səhiyyə naziri Əli İnsanov mərhum prezident Heydər Əliyevin Fəxri Xiyabandakı məzarını ziyarət edib.


AFN.az xəbər verir ki, bu barədə Ə.İnsanov məlumat verib.
“Azərbaycan Xalqının Lideri Heydər Əliyevin 12 dekabr Anım Günü münasibətilə Fəxri Xiyabanda məzarını ziyarət etdim, ruhuna dualar oxudum. Sonra unudulmaz xeyirxahımız, Akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət xadimi, fəxrimiz Əziz Əliyevin, əziz müəllimim, tibb elmləri doktoru, professor Tamerlan Əliyevin, vəfalı dostum, Akademik Cəlal Əliyevin və əziz müəllimim, Milli Elmlər Akademiyasının müxbir üzvü Aqil Əliyevin məzarlarını da ziyarət etdim.
Ruhları şad, məkanları cənnət olsun. Amin !”



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu