Azərbaycanlıların Şuşada etiraz aksiyası: Laçın yolu bağlandı! - VİDEO
Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının nümayəndələri aksiya keçirir.
AFN.az xəbər verir ki, QHT nümayəndələri və aktivistlər Qarabağ iqtisadi rayonunda həyata keçirilən ekoloji terrorun dayandırılmasını tələb edirlər.
Ərazidə çadırlar qurulub. Etirazçılar Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini tələb edirlər.
Hazırda aksiya iştirakçıları üç çadır qurur. Çadırlarda yerləşəcəklər. Aksiyada Azərbaycanın 100-dən çox QHT nümayəndəsi iştirak edir. Aksiyanın keçirilməsində məqsəd Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş rusiyalı sülhməramlıların himayəsinə sığınmış ermənilərin ölkəmizə ekoloji problem yaratması, ayrıca sülhməramlıların Azərbaycan vətəndaşlarının Laçın rayonunda sərbəst hərəkətləriinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, eləcə də digər dövlət qurumlarının monitorinq aparmalarına mane olmasıdır.
Daha sonra sülhməramlılar aksiya iştirakçılarının qarşısını kəsiblər, mübahisə yaranıb. Aksiya iştirakçıları tələblər yazılmış transparantlar qaldırıblar, şüarlar səsləndiriblər.