“Mənə “türk” desələr də bunu təhqir hesab etmirəm” - Paşinyan


“Regionda sülhün bərqərar olması üçün sadə, lakin vacib şeylərdən başlamaq lazımdır”.


AFN.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, həm rəsmi, həm gündəlik səviyyələrdə düşmənçilik ritorikasının qarşısını almaq lazımdır.

Paşinyan, həmçinin Ermənistanda və yaxud Azərbaycanda siyasi rəqibləri təhqir etmək üçün onların “türk” və yaxud “erməni” adlandırılması təcrübəsinə son qoyulmasının zəruriliyini qeyd edib.

O bildirib ki, onun özünü Ermənistanda tez-tez “türk” adlandırırlar, lakin o, bunu təhqir olaraq qəbul etmir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu