Kiyevdə qrip və COVID-19-a yoluxma halları artır


Son həftədə Kiyevdə COVID-19 daxil olmaqla 9140 yeni qrip və SARS hadisəsi qeydə alınıb.

AFN.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Kiyev Şəhər Dövlət Administrasiyası bildirib. Administrasiyanın məlumatında qeyd edilir ki, xəstəliyin səviyyəsi epidemiya həddindən aşağıdır. İndi xəstələnmə nisbəti 308,6-dır. Ümumilikdə, Kiyevdə əvvəlki həftə ilə müqayisədə xəstələnmədə 20,6% artım var. O cümlədən, 5300 uşaq (artım 21,3%), 3840 böyük (artım 19,7%) xəstələnib. Xəstələr arasında uşaqların əvvəlki həftə ilə müqayisədə sayı 57,7% təşkil edib. Məktəblilər arasında xəstələnmə 26,5% artıb. Yaşlı əhalinin xəstəxanaya yerləşdirilməsi əvvəlki həftə ilə müqayisədə azalıb, lakin uşaqlar arasında cüzi artım var. Son bir həftə ərzində tibb müəssisələrinə 237 nəfər yerləşdirilib, onlardan 104-ü uşaqdır.
Administrasiya açıqlayıb ki, ötən həftə ərzində Kiyevdə 176 yeni COVID-19 hadisəsi qeydə alınıb. Xəstələr arasında: 18-85 yaş arasında 106 qadın və 19-92 yaş arasında 70 kişi var. O cümlədən 6 aylıqdan 13 yaşa qədər 8 qız, 1 yaşdan 16 yaşa qədər 7 oğlan uşağı virusa yoluxub. Onlardan 51 nəfər xəstəxanaya yerləşdirilib. Xəstələnənlər arasında dörd nəfər tibb işçisi də var.

NAZİLƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu