Azərbaycana şəxsi istifadə məqsədilə gətirilən dərmanlar üçün norma müəyyən edilə bilər


Dövlət Gömrük Komitəsi ölkəyə şəxsi istifadə məqsədilə gətirilən dərmanlar üçün norma müəyyən edilməsi istiqamətində iş aparır.


Bunu Milli Məclisin İqtisadi Siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Dövlət Gömrük Komitəsi sədrinin I müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov bildirib.

"Bununla bağlı Səhiyyə Nazirliyi ilə birgə iş aparırıq. Yəqin ki, yaxın vaxtlarda hökumətə müvafiq qanun layihəsi təqdim ediləcək", - deyə o qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu